Yevlax Kommunal Təsərrüfat Birliyinə cərimə yazılıb.
E-huquq.az xəbər verir ki, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci ( Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Yevlax Rayon Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, şirkət üç yüz manat məbləğində cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
