Bərdə Tibb Mərkəzinə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, Mərkəz barədə İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndəriıib. İşə hakim Elsun Əhmədovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, Bərdə Tibb Mərkəzi iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
