Qubada oğurluq etməkdə şübhəli bilinən Elşad Güliyev, Elşən Hacıyev və Nemət Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.azın məlumatına görə, toplanan iş materialları baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.
İş hakim Samir Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
İttihama görə, həmin şəxslər qabaqcadan əlbir olaraq rayon ərazisində olan kafe, bağ, eləcə də evlərdən müxtəlif əşyalar və ərzaq məhsulları oğurlamaqda zərərçəkmişlərə ümumilikdə 7 905 manat ziyan vurublar. Faktlarla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə
