Masallıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Yalçın Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə rayonun Təklə kəndində yerləşən evlərdən birində baş verib. Belə ki, 1976-cı il təvəllüdlü Yalçın Məmmədov aralarında yaranmış mübahisə zamanı arvadı 1979-cu il təvəllüdlü İlkanə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək öldürdükdən sonra özünə xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
