Məzmuna keç

Bərdədə narkotiklə saxlanılan şəxsin istintaqı başa çatdı

Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Teymur Əkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Roman Ələkbərlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 11-də keçiriləcək.

Qeyd edək ki, polis əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirilən tədbirlər zamanı narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini Teymur Əkbərov saxlanılıb. Onun əlində olan sellofan torbaya baxış zamanı 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. T.Əkbərova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə