Gəncədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Röyal Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplannan cinayət işi materialları baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə şəhərin Totanlı küçəsində baş verib. Belə ki, 25 yaşlı Cəfərov Röyal Şövqi oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Avtomobildə olan sərnişin 21 yaşlı Bayramov Teymur Fərrux oğlu aldığı xəsarətlərdən ölüb. R.Cəfərova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
