Məzmuna keç

Velosiped oğurlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda oğurluq etməkdə təqsirləndirilən Sadiq Vahabovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rəşad Cavadzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Vahabov paytaxtın Yasamal rayonu ərazisində 2 ədəd velosiped oğurlamaqda təqsirləndirilir. O, Yasamal RPİ-nin 28-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. S.Vahabova qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə