Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Naxçıvanda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Fərdi İbrahimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları naxılması üçün Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Qabil Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 11-nə təyin olunub.

Qeyd edək ki, hadisə Naxçıvan şəhəri, "Koroğlu" dairəsində qeydə alınıb. Belə ki, 28 yaşlı İbrahimli Fərdi Azər oğlunun idarə etdiyi "Mercedes E-Class" markalı avtomobillə 35 yaşlı Süleymanov Azər Abbas oğlunun idarə etdiyi "QAZ-3130" markal avtomobil toqquşub. Nəticədə sürücü A..Süleymanov hadisə yerində ölüb, onun arvadı 35 yaşlı Münəvvər Tanrıverdiyeva, 10 yaşlı oğlu Abbas və hələ 1 yaşı tamam olmayan qızı Alisa müxtəlif dərəcəli bədən xəsarətləri alıb. F.İbrahimliyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə