Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Vəli Paşayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.

Hakim Fizuli Mirzəquliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Gədəbəyin Qızıltorpaq kəndində baş verib. V.Paşayev idarət etdiyi avtomobillə piyada 1965-ci il təvəllüdlü Ələsgər Allahverdiyevi vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə