Məzmuna keç

Beyləqanda narkotiklə saxlanılan şəxslərin istintaqı başa çatdı

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Novruz Nəcəfov və Aydın Şirinov cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Oruc Cəlilovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 25-də keçiriləcək.

Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Aydın Şirinov və həmyerlisi Novruz Nəcəfov Beyləqan rayonu ərazisində tutulublar. Bu şəxslərdən ümumilikdə 12 kiloqram maruxuana və müxtəlif xassəli digər narkotik vasitələr aşkar edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə