Goranboyda mağazadan oğurluq etməkdə təqsirləndirilən Zakir Həsənov və Kənan İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.
İş hakim Taleh Mustafayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakinləri – Kənan İsayev və Zakir Həsənov Goranboy rayon ərazisindəki mağazalardan birindən 2 000 manat nağd pulu oğurluq etməkdə təqsirli bilinir. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittihamirəli sürülüb.
Şəbnəm Mehdizadə
