Sumqayıtda evdən oğurluq etməkdə təqsirləndirilən Məhəbbət Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Elçin Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Qubadlı rayon sakini Məhəbbət Məmmədov Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən 90.000 manat pul oğurlamaqda şübhəli bilinən müəyyən olunaraq saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
