Məzmuna keç

Sumqayıtda direktorun qardaşını bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərildi

Sumqayıtda tanışını bıçaqlamaqda təqsirləndirilən Ayaz Bəylərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ayaz Bəylərov Yaşıldərə yaşayış massivində tanışı 1959-cu il təvəllüdlü Əsəd Misir oğlu Əsədova bıçaqla xəsarət yetirib. 64 yaşlı kişi qarın nahiyəsinin deşilmiş-kəsilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. A.Bəylərova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bıçaqlanan Əsəd Əsədov Sumqayıtda Nəsimi Adına Mədəniyyət və İstirahət parkının direktoru Sultan Əsədovun qardaşıdır.

Şəbnəm Mehdizadə