Tərtər rayonunda oğlunu bıçaqlamaqda təqsirləndirilən Xanım İmanovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmı materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazılrıq iclası yanvarın 10-da keçiriləcək.
Qeyd edək ki, Tərtər şəhəri H.Əliyev prospektində yaşayan 1965-ci il təvəllüdlü Xanım İmanova ailə münaqişəsi zəmnində yaşadıqları evdə oğlu, 32 yaşlı Nahid İmanlını bıçaqlamaq təqsirləndirilir. Qadına qarşı qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
