"Logistics Management Solutions DMCC" şirkətinin Azərbaycan Respublikasındakı filialına cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
İş hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, şirkət min beş yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
