"Ölkəmizdə son illərdə vətəndaşların məhkəmələrə əlçatanlığın artırılması istiqamətində əsaslı məhkəmə-hüquq islahatları aparılır".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib.
O bildirib ki, aparılan islahatlar məhkəmələrin fəaliyyətinə öz töhfəsini verməkdədir.
"Məhkəmə icraatında çevikliyin təmin edilməsi və işlərə daha səmərəli baxılması, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı mühüm qanunlar qəbul edilib. Məhkəmə sistemində yüksək peşə bacarıqlarına malik insan kapitalı formalaşdırmaq, hakimlərin və məhkəmə işçilərinin sosial təminatını gücləndirmək məqsədilə mühüm işlər həyata keçirilib", – deyə sədr qeyd edib.
