Məzmuna keç

“Ölkəmizdə şəffaf seçkilərin keçirilməsi üçün bütün lazımi şərait mövcuddur”

"2024-cü ildə ölkəmizdə xalqımız üçün taleyüklü və dövlətimiz üçün əhəmiyyətli bir hadisə – növbədənkənar Prezident seçkiləri keçiriləcək. Sevindirici və eyni zamanda qürur verici haldır ki, builki seçkilər ilk dəfə olaraq işğaldan azad edilən ərazilərimizdə də keçiriləcək".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib.

O bildirib ki, seçkilərin demokratik, azad və şəffaf həyata keçirilməsi üçün başlıca şərt ölkədə olan ictimai-siyasi sabitlikdir: "Deyə bilərəm ki, ölkəmizdə ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait mövcuddur. Seçki ilə bağlı əsas yük həmişə olduğu kimi, Mərkəzi Seçki Komissiyasının üzərinə düşür. İnanıram ki, bu il də qarşıya qoyulan vəzifələr Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək peşəkarlıqla yerinə yetiriləcək. Bu işdə məhkəmə hakimiyyəti olaraq, biz də üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazırıq".