Məzmuna keç

Samuxda məktəbdən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Samuxda məktəbdən oğurluq etməkdə təqsirləndirilən Şəmsi Bəxtiyarın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilib.

İş hakim Tərifə Kərimovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmsi Bəxtiyar Samux rayonunun Kolayır kəndi ərazisindəki orta məktəbin gözətçisinə zor tətbiq edərək onun mobil telefonunu almaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə