Məzmuna keç

“Meqalizinq” cərimələnə bilər

"Meqalizinq" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Fuad Axundovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu xətaya görə "Meqalizinq" min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə