Bakıda tanışını öldürməkdə təqsirləndirilən Səyavuş Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanmış cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fəxri Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü Səyavuş Abbasov Nəsimi rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı 1972-ci il təvəllüdlü Araz Həsənova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməkdə təqsirləndirlir. S.Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
