Bakıda 2 nəfəri bıçaqlamaqda təqsirləndirilən Aqşin Kazımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materialar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 18-nə təyin olunub.
Qeyd edək ki, hadisə Bakının Suraxanı Hövsan qəsəbəsində baş verib. Aqşin Kazımov Qum adası ərazisində ailə-məişət münaqişəsi zəminində anası 1982-ci il təvəllüdlü Aynurə Kazımovaya və onun tanışı 1989-cu il təvəllüdlü Ramil Hüseynova bıçaqla xəsarət yetirib. Daha sonra A. Kazımov Təcili Tibbi Yardıma zəng edib və hadisə yerindən uzaqlaşıb. A.Kazımova qarşı Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
