Məzmuna keç

Abşeronda evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Abşeronda evlərdən oğurluq etməkdə təqsirləndirilən Rail Quluyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

İş hakim Abusət Qasımovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Rail Quluyev Saray, Mehdiabad və Masazır qəsəbələrində müxtəlif vaxtlarda 25 fərdi yaşayış evindən silsilə oğurluqlar edib. Araşdırma zamanı onun evlərdən pul, qızıl-zinət, təmir-tikinti və məişət əşyaları oğurladığı müəyyən edilib. O,ifadəsində Abşeron rayonu ilə yanaşı, paytaxtın Binəqədi və digər ərazilərində də çoxsaylı mənzil oğurluqları etdiyini bildirib. R.Quliyevə qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə