Neftçalada 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilib.
İş hakim Samir Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında hadisə rayonun Xıllı qəsəbəsi ərazisində qeydə alınıb. "Hyundai" və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1960-cı il təvəllüdlü Məmmədov Nazim Xanoğlan oğlu, 1974-cü il təvəllüdü Məmmədova Yeganə Abdulla qızı, 2015-ci il təvəllüdlü Məmmədli Leyla Rauf qızı, 1974-cü il təvəllüdlü Əsgərov Yasər Baba oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Nazim Məmmədova qarşı Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
