Məzmuna keç

Evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Evlərdən oğurluq etməkdə təqsirləndirilən Natiq Abuşov və Babakişi Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilib.

Hakim Ceyhun Qədimovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazılrıq iclasının vaxtı hələllik məlum deyil.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evlərindən məişət əşyaları və avadanlıqları, eləcə də ərzaq məmulatları və ev quşu oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Babakişi Babayev və Natiq Abuşovsaxlanılıb. Dindirilmə zamanı B.Babayev törətdiyi oğurluq faktlarını etiraf edərək, ələ keçirdiyi əşya və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını, əldə etdiyi pulları isə xərclədiyini bildirib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə