Məzmuna keç

Türkiyə şirkətinin Azərbaycandakı filialı məhkəməyə müraciət etdi

"Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi "AZMZ Yol Group" QSC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, QSC-yə qarşı alqı-satqı müqaviləsi ilə bağlı iddia qaldırılıb.

İşə Bakı Kommersiya Məhkəməsində hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Şəbnəm Mehdizadə