Məzmuna keç

“Azərsu” məhkəməyə verildi

"Best-Kommerse" MMC "Azərsu" ASC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, şirkət "Azərsu"ya qarşı müqavilələrdən əmələ gələn öhdəliklərlə bağlı iddia qaldırıb.

İşə Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Şəbnəm Mehdizadə