Salyanda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Murad Zamanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Cavid Səfərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Salyan şəhər sakini, 1965-ci il təvəllüdlü Murad Zaman oğlu Zamanov həyat yoldaşı, 1976-cı il təvəllüdlü Nazilə Məhərrəm qızı Zamanovanı kəndirlə boğaraq qətlə yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
