"Ekolizinq" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (İcbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Protokol hakim Xalidə Əlisoyun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, "Ekolizinq" "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə üç yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
