"İzmir LTD" Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, MTK iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
