Məzmuna keç

Adam bıçaqlamaqda ittiham olunan keçmiş məhkum hakim qarşısına çıxarılır

Bərdədə adam bıçaqlamaqda təqsirləndirilən Ayxan Həsənlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Roman Ələkbərlinin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə rayonun Qaradəmirçi kəndində baş verib. Əvvəllər məhkum olunmuş 31 yaşlı Ayxan Həsənli aralarında yaranmış münaqişə zəminində kənd sakini 23 yaşlı Fəxri Zülfüqarlını bıçaqlayıb. Döş qəfəsindən bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Ayxan Həsənliyə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə