"AIB Group" MMC məhkəməyə verilib.
E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tabeliyində Dövlət Toxum Fondu şirkətə qarşı alqı-satqı müqaviləsi ilə bağlı iddia qaldırıb.
İddia Şəki Kommersiya Məhkəməsində hakim Rüfət Məcidovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası fevralın 29-na təyin olunub.
Şəbnəm Mehdizadə
