Bakıda qeyri-rəsmi ailə münasibətində yaşadığı şəxsi bıçaqlamaqda təqsirləndirilən Gülnarə Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmmədovun sədrliyi ilə keçirilən prosedə hökm oxunub.
Hökmə əsasən, G.Allahverdiyeva 3 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Gülnarə Allahverdiyeva şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı qeyri-rəsmi ailə münasibətində yaşadığı 1988-ci il təvəllüdlü Amil Əşrəfovun döş qəfəsi nahiyyəsinə mətbəx bıçağı ilə zərbə endirərək onu yaralayıb. G.Allahverdiyevaya qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
