Məzmuna keç

Məhkəmə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Ağcabədidə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Nicat Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nahid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 6-a təyin olunub.

Qeyd edək ki, hadisə rayonun Hacılar kəndində qeydə alınıb. Kənd sakini Nicat Məmmədov yaşadığı evdə arvadı, 1988-ci il təvəllüdlü Simarə Məmmədovanı bıçaqlayıb. N.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə