Siyəzəndə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlyas Ələsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilib.
Hakim Bəylər Ələkbərovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 13-nə təyin olunub.
Qeyd edəki ki, hadisə ötən ilin noyabr ayında rayonun Orta Həmyə kəndi ərazisində baş verib. Belə ki, İlyas Qismət oğlu Ələsgərov "VAZ-2106" markalı minik avtomobili ilə hərəkət edərkən piyada, 1940-cı il təvəllüdlü Mikayıl Muxtar oğlu İsgəndərovu vurub. Nəticədə 83 yaşlı kişi hadisə yerində ölüb. İ.Ələsəgərova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
