Məzmuna keç

Narkokuryerlik etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əlirahim Hümbətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Hakim Tural Əfəndizadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, görə, Əlirahim Hümbətov qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotik vasitələri respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təşkil etməkdə təqsirləndirilir. Şəxsi axtarış zamanı ondan 1 kiloqram tiryək, 251 qram heroin və 106 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Ə.Hümbətova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə