Məzmuna keç

“Azərişıq” ASC-yə cərimə protokolu yazıldı

Avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına görə "Azərişıq" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, ASC barədə İnzibati Xətalar Məcəlləsnin 354.0.2-ci (geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilib. İş hakim Əli Cəlilovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu xətaya görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə