Hacıqabulda dələduzluq etməkdə təqsirləndirilən Səxavət Səmədov və Kənan Adıgözəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.
İş hakim Orxan Bayramovun icrratına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, adıçəkilən şəxslər vətəndaşın etibarından istifadə edərək, onu dövlət qurumlarının birində işlə təmin edəcəkləri barədə vədlər verərək zərərçəkənin 9 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ittiham irəlii sürülüb.
Şəbnəm Mehdizadə
