Məzmuna keç

Tovuzda narkokuryerlik etməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılır

Tovuzda narkokuryerlik etməkdə təqsirləndirilən Vüqar Məmmədov və Etibar Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 9-na təyin olunub.

Qeyd edək ki, Gəncə şəhər sakinləri Vüqar Məmmədov və Etibar Zeynalov İrandan qeyri-qanuni yolla Tovuz rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin etməkdə təqsirləndirilirlər. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə