"Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi" cərimələnə bilər


  • 22 Aprel 18:32

"Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi" publik hüquqi şəxsinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, Mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci ( ( Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Gülsüm Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, "Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi " üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər