Məzmuna keç

Məhkəmə piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən sürücüyə bəraət verdi

Binəqədi Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Rüfət Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Binəqədi Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Rüfət Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib. O deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığı üçün məhkəmə onun barəsində bəraət qərarı çıxarıb.

Qeyd edək ki, ötən ilin iyununda Bakı şəhər sakini Rüfət Kazımovun idarə etdiyi “Nissan Teana” markalı, 90 –SF-717 dövlət qeydiyyatlı avtomobil Azadlıq prospekti ilə hərəkətdə olarkən yol kənarı ilə piyada yeriyən Vaqif Həsənovu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib.

Faktla bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törətmək, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.