Məzmuna keç

Azərbaycanda məhkəmələrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri barəsində icmal məktub göndərilib

Azərbaycanın məhkəmələrinə Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri barəsində icmal məktub göndərilib.

E-huquq.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi Aparatının 2019-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclasında çıxış edən sədr Fərhad Abdullayev məlumat verib.

O bildirib ki, ötən ilin nəticələrindən irəli gələn məsələlərlə bağlı bütün məhkəmələrə hüququn tətbiqi və dürüst başa düşülməsi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri barəsində icmal məktub göndərilib.

F. Abdullayev 2019-cu ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətində səmərəliliyin artırılması məqsədilə hakimlərin icraatında olan işlərlə bağlı müvafiq tövsiyələrini və Aparatın qarşısında duran vəzifələrlə bağlı tapşırıqlarını verib.