Məzmuna keç

Arvadını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Nurəddin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mahirə Kərimovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, N.Məmmədov arvadı, 1996-cı il təvəllüdlü Ayşən Namaz qızı Məmmədovanın qətlə yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə