Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nadir Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 29-na təyin olunub.
Qeyd edək ki, Rəhimov Nadir Əhmədağa oğlu Nizami rayon ərazisində idarə etdiyi “Baku Bus” MMC-yə məxsus “BMC” markalı sərnişin avtobusu ilə yolu keçən piyada 1998-ci il təvəllüdlü İbrahimov Oruc İbrahim oğlunu vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
