Məzmuna keç

Mərkəzi Bank inşaat şirkətinə cərimə yazdı

"Mərmər İnşaat" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, ASC barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İş Abşeron Rayon Məhkəməsində hakim Şəfəq Məmmədovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə