Ağcabədidə qohumunu öldürməkdə təqsirləndirilən Elgiz Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Xamməd Nuriyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Elgiz Məhərrəmov rayonun Sarıcalı kəndi ərazisindəki fərdi yaşayış evində qohumu, 1990-cı il təvəllüdlü Nəzmiyyə Məhərrəmovanı öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
