- 9 Oktyabr 18:17
"İnternational Medical Centre-Bakı" QSC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, QSC barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
İş hakim Rəfail Sadıxovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Şəbnəm Mehdizadə