Məzmuna keç

Abşeronda evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Abşeronda evlərdən oğurluq etməkdə təqsirləndirilən Əliqardaş Alxasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Firuzə Kərimovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtl hələlik məlum deyil.

Qeyd edək ki, Əliqardaş Alxasov Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində bir evdən 600 manat dəyərində təmir alətləri oğurlamaqda təqsirli bilinir. Onun müxtəlif vaxtlarda Hökməli qəsəbəsi ərazisində daha 10 evdən ümumilikdə 16500 manat dəyərində kombi aparatı, inşaat materialları, təmir alətləri və məişət əşyaları oğurladığı da müəyyən olunub. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə