- 23 İyun 21:14
"Məhkəmə-Hüquq Şurasının "qaynar xətt"inə ay yarım ərzində 500-dən artıq müraciət daxil olub".
E-huquq.az-ın xəbərinə görə, bunu Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov deyib.
Onun sözlərinə görə, "qaynar xətt"ə daxil olan müraciətlərlə bağlı monitorinq aparılıb. C. Hüseynov qeyd edib ki, bir sıra hallarda vətəndaşlar tərəfindən qaldırılan məsələlər öz təsdiqini tapıb: "Əsasən qeyri-prosesssual münasibətlərə şərait yaradan halların aşkar edilməsi ilə nəticələndi bu monitorinqlər. Məsələn, bura qərarın verilməməsi və ya qərarın uzun müddət icraya yönəldilməməsi aiddir. İlk baxışda bu, süründürməçilik kimi görünə bilər. Ancaq bu, vətəndaşı qeyri-prosessual münasibətə sövq etmək kimi də qiymətləndirilə bilər. Bununla əlaqədar 30 hakimə irad məktubu göndərdik və belə pozuntuların aradan qaldırılmasına nail olduq. Eyni zamanda bu məktubların surətini məhkəmə sədrlərinə, yuxarı məhkəmə orqamlarına və Ədliyyə Nazirliyinə də göndərdik".
C. Hüseynov monitorinqlər nəticəsində daha kobud pozuntulara yol verən hakimlər barəsində intizam icraatının başlaması üçün Məhkəmə-Hüquq Şurasına müraciət edildiyini vurğulayıb: "Nəticədə iki hakim barəsində intizam icraatı başlandı".