Xüsusi icra məmuruna dair müsabiqənin keçirilməsi qaydası müəyyənləşəcək


  • 13 Avqust 13:44

Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi qaydaları hazırlanacaq.

E-huquq.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Xüsusi icra məmurları haqqında” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay ərzində xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi qaydalarını hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Oxşar xəbərlər