Cinayət Məcəlləsinə şəhid adını alçaldanların cəzalandırılması üçün maddənin əlavə edilməsi təklif olundu


  • 4 May 2021 11:20

"Bu günlərdə şəhidlərə uzanan dillərin də qanunun gücü ilə kəsilməsi vacibdir. Bu məqsədlə, Cinayət Məcəlləsinə İctimai mənəviyyat əleyhinə cinayətlər Fəsilinə, Şəhid adının alçaldılması adlı 245-1 maddəsinin əlavə olunması, şəhid adına hörmətsizliyə görə cinayət məsuliyyətinin müəyyən edilməsini təklif edirəm".

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclis deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Millət vəkili hesab edir ki, qanunda konkret preventiv imkanın mövcud olması bu kimi lazımsız davranışlara qarşısının alınmasında ciddi rol oynayacaq.

Oxşar xəbərlər